Bizim servis mərkəzimiz su nəqliyyat vasitələrinin (mühərriklikaterlər /qayıqlar, mühərrikli yaxtalar, gar motosikletləri...), yolsuzluq texnikasının, aktiv istirahət üçün idman nəgliyətinvə xüsusi nəgliyətin(kvadrosikllər, baqqilər, gar motosikletləri, amfibiyalar, elektrik qolf maşınları) təmiri və texniki xidməti, əlavə avadanlıqların quraşdırılması (audio, naviqasiya, örtüklər, ayrıca tapşırıqların yerinə yetirilməsi üçün müxtəlif səviyyələrdə əlavə təchizetmə...)üzrə ixtisaslaşmışdır.
Həmçinin, biz “MERCURY” şirkətinin Azərbaycan Respublikasında yeganə rəsmi təsdiqlənmiş sertifikatlaşdırılmış servis mərkəziyik (biz MERCURY və MerCruiser asma və stasionar motor və mühərriklərinə zəmanət və zəmanətdən sonrakı texniki xidmət, təmir və sazlama işlərini təqdim edirik)
Kollektivimiz 2010-cu ildə yaradılıb və bu günə qədər çox az dəyişib, nəticə olaraq servis mərkəzinin əməkdaşları təklif etdiyimiz xidmətlər sahəsində böyük və geniş təcrübəyə malikdirlər, mütəxəssislərimiz isə aparıcı su və xüsusi nəgliyətistehsalçılarınınixtisaslaşdırılmış təlim proqramları çərçivəsində mütəmadi olaraq öz bacarıqlarını artırırlar
Sevimli avadanlıqlarınızda texniki nasazlıq və estetik qüsurları aşkar edərkən müraciət etməli olduğunuz ünvan bizik, biz müştərilərimizinqarşımıza qoyduğu məsələlərdə ən yüksək keyfiyyətli, səmərəli, sürətli və peşəkar həllər təklif edərək onların ən çılğın gözləntilərini aşmaq arzusu ilə hərəkət edirik
Servis mərkəzimizin sahəsi 500 kvadratmetirdir və eyni vaxtda on ədədə qədər nəgliyətin yerləşdirmək imkanı verir, bu da müvafiq olaraq sifarişçi / müştəri üçün vaxt gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldaraq digər təmir sexləri ilə müqayisədə qarşıya qoyulmuş məsələləri daha tez yerinə yetirməyə imkan verir
Peşəkar avadanlıqlarla, xüsusi alətlərlə və bu sahədə möhkəm təcrübə ilə təchiz olunmuş öz maddi-texniki bazamızın olması bizə bütün növ təmir, texniki xidmət, daşınma, saxlama, konservasiya (gışlama) və düzgün istismar təlimi üzrə işləri səmərəli və peşəkar şəkildə yerinə yetirməyə imkan verir, eyni zamanda, biz sifarişçilərimizə ən əlverişli və rəqabətli əməkdaşlıq şərtlərini təklif edirik
Bizim yüzlərlə razı müştərilərimiz / sifarişçilərimiz və uğurla xidmət edilən, təmir edilmiş və bərpa edilmiş minlərlə texnikamız var:
- 500-dən çox mühərrik (asma /stasionar).
- 1000-dən çox kater /qayıq/yaxta/reaktiv xizək.
- 100-dən çox kvadrasikl / baqqi / qar arabaları /golf arabaları.
- 100-dən çox PVC hava balonlarının təmiri və dəyişdirilməsi.
- 200-dən çox su texnikası boyaları.

